Tramp Liviya variantının təkrarlana biləcəyindən qorxur | VİDEO

            Tramp Liviya variantının təkrarlana biləcəyindən  qorxur  | VİDEO
  20 İyun 2025    Oxunub:541
İranda vəziyyətin Liviyadakı kimi xaosa yuvarlana biləcəyindən ehtiyatlanan ABŞ prezidenti Donald Tramp Tehrana qarşı hərbi əməliyyatlarla bağlı yekun qərarını təxirə salır.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “The New York Post (NYP)” nəşri belə məlumat yayıb.

“Tramp dəfələrlə 2011-ci ildə Liviyada baş vermiş hadisələri İran-İsrail münaqişəsi üçün arzuolunmaz ssenari kimi göstərib. Prezident ABŞ-nin hərbi müdaxiləsinin sabitliyin pozulmasına və rejimin dəyişməsinə səbəb olduğu vəziyyətin təkrarlanmasını istəmir”, - qəzet yazır.

“NYP” bildirir ki, bundan əlavə, Tramp hərbi əməliyyatların Amerika qüvvələrinin uzun müddət iştirak etdiyi və daxili böhranlarla nəticələndiyi İraq və Əfqanıstan nümunələrini xatırladıb.

Bir gün əvvəl “Fox News” telekanalının jurnalisti Ceki Haynrik Ağ Ev rəsmilərinə istinadən xəbər vermişdi ki, Vaşinqton İranın Fordoda uranın zənginləşdirilməsi ilə məğul olan yeraltı obyektinə zərbələr endirmək üçün taktiki nüvə silahından istifadəni istisna etmir.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   İran   Liviya  



Xəbər lenti